• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Lənkəran, Azərbaycan

    Professor H.Abdullayev küçəsi 7

Məsləhət xidmətləri

KOB İnkişafı Mərkəzlərinin fəaliyyətə başlaması KOB-lara göstərilən digər dövlət dəstəyi tədbirlərinin davamı olmaqla yanaşı, sahibkarlar üçün biznes bilik və bacarıqlarının artırılması, bu və digər məsləhət xarakterli ödənişsiz dövlət xidmətinin təşkili baxımından əlverişli platformadır. KOB İnkişafı Mərkəzləri sahibkarların müxtəlif mövzularda məlumatlandırılmasına və onlara təlimlərin keçirilməsinə, KOB-lara fəaliyyət sahəsinə uyğun qabaqcıl texnologiya və həllər barədə konsultasiyaların verilməsinə dəstək göstərir.

KOBİM-lərinin ilk növbədə rəqabətə davamlı və yeni növ məhsulların yaradılması və istehsalı sahəsində rolunu böyük qiymətləndirilir. Bütün bunlar maarifləndirmə işlərinin aparılması və informasiya xidmətlərinin göstərilməsi, məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, sahibkarlar tərəfindən yeni texnologiyaların və ixtiraların mənimsənilməsinə yardım göstərilməsi, biznesə yeni başlayan sahibkarlara hüquqi və digər məsələlər üzrə məsləhət xidmətlərinin göstərilməsi sayəsində həyata keçiriləcək.

KOBİM-lər tərəfindən yeni sahibkarlıq subyektlərinin yaradılması üçün biznesə başlamaqda maraqlı olan şəxslər müxtəlif təlimlərə cəlb olunub, onların potensialına uyğun müvafiq fəaliyyət sahəsi seçilib, fərdi sahibkarlıq subyektinin və ya məhdud məsuliyyətli cəmiyyətin (MMC) təsis olunması üçün sənədləşdirmə, qeydiyyat, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə dəstək göstərilməsi həyata keçirilir.

Lənkəran KOBİM biznesinin optimallaşdırılmasına maraqlı olanlara və yeni biznesə başlayanlara müxtəlif sahələrdə ödənişsiz məsləhət xidmətləri təqdim edir. Bunlardan bəziləri aşağıdakılardır:

  • Satış kanallarına çıxış;
  • Marketinq məsələləri;
  • Bazar araşdırması;
  • Biznesin planlaşdırılması və modelləşdirilməsi;
  • Mühasibatlıq;
  • Hüquq və bunlar kimi ehtiyaca uyğun digər məsləhət xidmətləri.