• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Lənkəran, Azərbaycan

    Professor H.Abdullayev küçəsi 7

Təlim xidmətləri

Müasir dövrdə biznesin fəaliyyətinə təsir göstərən daxili və xarici mühit rəqabətcil və dinamik struktura malikdir. Buna görə də müəssisələr uzun müddət fəaliyyət göstərmək, rəqabət qabiliyyətini qoruyub saxlamaq və qarşıya qoyulan məqsədə çatmaq üçün ətraf mühitin tələblərinə uyğunlaşmalıdır. 


Müəssisələr qarşısına qoyulan tələbləri yerinə yetirmək məqsədilə idarəetmə sistemi, kadr siyasəti və təşkilati mədəniyyət kimi məsələlərdə yenilikləri nəzərə alaraq dəyişikliklər etməli olur. Bunları nəzərə alaraq keyfiyyətli işi təmin etmək və kadrların təkmilləşdirilməsi, onların biliklərinin sistemli şəkildə artırılması və yenilənməsi, biznes fəaliyyəti zamanı yaranan çətinliklərin öhdəsindən gələ bilməsi üçün Lənkəran KOB İnkişafı Mərkəzi təlimlər təşkil edir.


Lənkəran KOB İnkişafı Mərkəzi regionda startaplar, ailə biznesi, qadınlar, əlillər  və digər gənc sahibkarların inkişafına töhvə verir. Regionda olan KOB-ların maarifləndirməsi üçün müxtəlif istiqamətlər üzrə təlim xidmətləri təqdim edir. Bunlardan bəziləri aşağıdakılardır:

  • Biznesə başla;
  • Soft skills;
  • Layihələrin idarəedilməsi;
  • Maliyyənin idarəolunması;
  • Korporativ hüquq;
  • Satış;
  • Marketinq;
  • Rəqəmsal bacarəqlar və bunlar kimi ehtiyaca uyğun digər təlimlər.