Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
.jpg)
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 28-də Lənkəran KOBİM tərəfindən Biləsuvar rayonunda sahibkarlıq subyektləri üçün "Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə 14 nəfər iştirak edib. Lənkəran KOBİM-in maliyyə və biznes idarəetməsi üzrə eksperti tərəfindən kiçik və orta sahibkarlıq müəssisələrinə investisiya cəlb edilməsi, bank kreditləri, mikro kreditlər, dövlət dəstəyi proqramları, habelə alternativ maliyyə mənbələri haqqında məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...