Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 27-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün "Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə 8 nəfər iştirak edib. Lənkəran KOBİM-in maliyyə və biznes idarəetməsi üzrə ekspertləri tərəfinfən kiçik və orta sahibkarlıq müəssisələrinə investisiya cəlb edilməsi, bank kreditləri, mikro kreditlər, dövlət dəstəyi proqramları, habelə alternativ maliyyə mənbələri haqqında məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış və fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...