Ekspert
Altay İsmayılov
Müəllimlik fəaliyyətinə 2004-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadi Nəzəriyyə və Marketinq fakültəsində başalayan Altay İsmayılov sonradan Qafqaz Universitetində İqtisadiyyat kafedrasının müdiri, həmin universitetin elmi işlər üzrə prorektor müavini, Sosial və Humanitar Elmlər İnstitunun direktoru, Azərbaycan Dövlət İqtisad Universitetində ingilis dilli Beynəlxalq İqtisadiyyat kafedrasının müdiri kimi rəhbər vəzifələri yerinə yetirmişdir.
Bakalavr təhsilini İstanbul Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alan mütəxəssisimiz əvvəlcə Mərmərə Universitetinə daxil olur və təhsilini magistratura pilləsində iqtisadi siyasət ixtisası üzrə orada davam etdirir. Sonradan isə Səlcuq Universitetində iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alır. Lakin o əldə etdiyi nailiyyətlərlə yetinməmiş və 2014-2015-ci illər aralığında ABŞ-ın Arizona Dövlət Universitetində postdoktoral tədqiqatçı qismində çalışmışdır. Bundan əlavə əməkdaş və müəllim mübadilə proqramları vasitəsilə Polşa, ABŞ, Almaniya və Macarıstan kimi ölkələrdə müəllim kimi fəaliyyət göstərmişdir.
Ölkə daxilində və xaricində təşkil edilən bir çox elmi konfransların fəal iştirakçısı olan və artıq 20 ildir ölkəmizin aparıcı universitetlərində biznes və iqtisadiyyat sahələri üzrə dərs deyən mütəxəssimiz hal-hazırda Bakı Ali Neft Məktəbində Biznesin İdarə Edilməsi kafedrasının müdiri və Azərbaycan Dövlət İqtisad Universitetində Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin direktorudur. Bundan əlavə, o 2018-ci ildən bu yana Təhsil Nazirliyi Xaricdə Təhsil Komissiyasının və Təhsil Nazirliyi Sabah Qrupları Müəllim Seçimi Komissiyasının üzvüdür.
Ekspert
Camal Əli
Rəqəmsallaşma, rəqəmsal marketinq və veb proqramlaşdırma sahələrində çoxillik təcrübəyə malikdir, 70 ...
Ekspert
Anar Rza
Müxtəlif ali təhsil müəssisələrində 20 ildən artıq tədris və idarəçilik təcrübəsinə ...
Ekspert
Abbasova Nuranə
Ekspertimiz ekonometrika, menecment iqtisadiyyatı, beynəlxalq biznes, beynəlxalq marketinq, biznesin əsasları və ...
Ekspert
Rasim Abutalıbov
Biznesin İdarəedilməsi sahəsində dosent və fəlsəfə doktoru olan mütəxəssisimiz 20 ildən ...
Ekspert
Rəsulov Zaur
Ekspertimiz menecment, Korporativ idarəetmə, karyera planlaması və yumşaq bacarıqlar üzrə 20 ...
Ekspert
Seymur Quliyev
Biznes və marketinq sahəsində 20 ilə yaxın iş və tədris təcrübəsi ...
Ekspert
Kənan Ağayev
İdarəetmə, maliyyə, bank, təhsil sahəsində 20 ildən çox iş təcrübəsinə malik ...