Ekspert
Rasim Abutalıbov
Biznesin İdarəedilməsi sahəsində dosent və fəlsəfə doktoru olan mütəxəssisimiz 20 ildən artıq biznesin əsasları, menecment, biznes əlaqələri mövzularında tədris təcrübəsinə malikdir və 2008-ci ildən günümüzədək fəaliyyət göstərən “AZ marketing” MMC şirkətinin təsisçisi və direktorudur.
Mütəxəssimiz müxtəlif vaxtlarda “Buta Trade” MMC şirkətində direktor və icraçı direktor, Bakı Özəl Türk Liseyində ictimaiyyətlə əlaqələr meneceri, Qafqaz Universitetində Biznesin İdarəedilməsi kafedrasının dosenti, fəlsəfə doktoru, baş müəllim vəzifələrini icra etmişdir.
Təhsilinə Azərbaycan Dövlət Universitetinin menecment fakültəsində başlayan Rasim Abutalıbov sonradan həmin fakültənin magistr pilləsinə qəbul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan İqtisadiyyat İnstitutunda fəlsəfə elmləri doktoru adını almışdır. Bundan əlavə Erasmus Mundus proqramı çərçivəsində Polşanın Varşava Həyat Elmləri Universitetində postdoktoral tədqiqatçı qismində çalışmış, Çexiya Respublikasının Masarik Universitetində təhsil almışdır.
Ölkə daxilində və xaricində nəşr edilmiş 20-yə yaxın məqalənin, 10-na yaxın monoqrafiyanın və kitabın müəllifi olan mütəxəssimiz hal-hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının eksperti, Gömrük Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetində Sabah qruplarında baş müəllim və Bakı Mühəndislik Universitetində Biznesin İdarəedilməsi fakültəsinin dosenti, fəlsəfə elmələri doktoru və baş müəllimidir.
O, həmçinin Londonda yerləşən Beynəlxalq İdarəetmə Araşdırmaları Assosiasiyasının (IMRA) və Ağdəniz Universitetində akademik jurnalın Rəyçilər qrupunun üzvü, Çin-ABŞ Biznes İcmalı və Çin Biznes İcmalının Redaksiya Şurasının və "Annals of Marketing Management & Economics” jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan Reklamçılar İttifaqının Vitse-Prezidentidir.
Ekspert
Camal Əli
Rəqəmsallaşma, rəqəmsal marketinq və veb proqramlaşdırma sahələrində çoxillik təcrübəyə malikdir, 70 ...
Ekspert
Anar Rza
Müxtəlif ali təhsil müəssisələrində 20 ildən artıq tədris və idarəçilik təcrübəsinə ...
Ekspert
Abbasova Nuranə
Ekspertimiz ekonometrika, menecment iqtisadiyyatı, beynəlxalq biznes, beynəlxalq marketinq, biznesin əsasları və ...
Ekspert
Altay İsmayılov
Müəllimlik fəaliyyətinə 2004-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadi Nəzəriyyə ...
Ekspert
Rəsulov Zaur
Ekspertimiz menecment, Korporativ idarəetmə, karyera planlaması və yumşaq bacarıqlar üzrə 20 ...
Ekspert
Seymur Quliyev
Biznes və marketinq sahəsində 20 ilə yaxın iş və tədris təcrübəsi ...
Ekspert
Kənan Ağayev
İdarəetmə, maliyyə, bank, təhsil sahəsində 20 ildən çox iş təcrübəsinə malik ...