Xəbərlər
"Biznes Mühitin Təhlili və Biznes Modelin Seçilməsi" mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 1-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Biznes Mühitin Təhlili və Biznes Modelin Seçilməsi" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 5 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti biznesin mövcud olduğu mühitin təhlilin əhəmiyyəti və biznesə nə qazandırdığı barədə danışıb, daxili və xarici, makro və mikro mühit anlayışları, onların biznesə təsiri, mühitə uyğun biznes modelin seçilməsi, strategiyanın formalaşdırılması, biznes modellərin növləri və seçim meyarları barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...