Xəbərlər
"Biznes planlaşdırma və biznes modelləşdirmə" mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 30-da Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Biznes planlaşdırma və biznes modelləşdirmə" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 17 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti biznes planlaşdırma və biznes modelləşdirmə anlayışları və fərqləri, onların biznesin inkişafında oynadığı rol barədə danışıb, biznes planın əsas tərkib hissələri, əsas biznes modellər və onların növləri, iş modeli anlayışı və onun biznes plan qarşılıqlı əlaqəsi barədə geniş məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...