Xəbərlər
Korporativ hüququn əsasları mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 25-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Korporativ hüququn əsasları" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 8 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in eksperti tərəfindən korporativ hüquq anlayışı, hüquqi şəxs və onun formaları barədə danışılıb. Bundan əlavə şirkətin yaradılması, qeydiyyata alınması, idarə edilməsi, strukturlaşması və səlahiyyətləri barədə məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış, fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...