Xəbərlər
Korporativ idarəetmə və nəzarət mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Oktyabrın 25-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Korporativ idarəetmə və nəzarət" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 9 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən korporativ idarəetmənin əsasları və prinsipləri barədə ümumi məlumat verilib, şirkətlərdə səmərəli idarəetmə sistemlərinin qurulması, şirkət daxilində maraqların toqquşmasının idarə olunması, idarəçilərin məsuliyyətləri və nəzarət mexanizmləri, xarici və daxili auditin rolu, habelə korporativ etika barədə məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılmış, fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...