Xəbərlər
"Korporativ satış" mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 7-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Korporativ satış" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 10 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti korporativ satış anlayışı, üstünlükləri və strateji əhəmiyyəti barədə danışıb, satış prosesinin növləri və mərhələləri, satış strategiyalarının hazırlanması, müştərilərlə uzunmüddətli əlaqə qurma və müştəri məmnuniyyəti yaratma, satışın ölçülməsi və izlənməsi barədə geniş məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...