Xəbərlər
Nəqliyyat logistikası mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 5-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Nəqliyyat logistikası" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 6 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti logistikanın əsas anlayışları barədə danışıb, daşınma növləri və vasitələri, daşınmanın planlaşdırılması və marşrutun optimallaşdırılması, itən yüklər, gecikmələr və digər risklərin qarşısının alınması yolları barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...