• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi - Cümə

  • Lənkəran şəhəri, Qala xiyabani 11.
    Lənkəran, Azərbaycan

    lenkeran.kobim.az

Xəbərlər

"Sahibkarlar üçün layihənin həyat dövrü və onun idarəedilməsi" mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 5-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Sahibkarlar üçün layihənin həyat dövrü və onun idarəedilməsi" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 6 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti layihənin hansı mərhələlərdən ibarət olduğu və hər mərhələdə qarşıya çıxa biləcək çətinliklər barədə danışıb, onların həll yollarını verməklə yanaşı, layihənin planlaşdırılması, idarəetmədə tətbiq edilən yanaşmalar, effektiv komandanın qurulması, maliyyənin cəlb edilməsi və nəzarət mexanizmləri barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.

Xəbərlər

Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.

Xəbərlər

Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...