Xəbərlər
Sahibkarlar üçün planlama prossesi, planın növləri, mərhələləri mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 15-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Sahibkarlar üçün planlama prossesi, planın növləri, mərhələləri" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 5 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti planlama prosesinin müəssisənin inkişafında əhəmiyyəti və rolu barədə danışıb, planın növləri və mərhələləri, çevikliyi və dəyişən şəraitə uyğunlaşması, dəyərləndirmə və monitorinq metodları barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...