Xəbərlər
"Sahibkarlar üçün rəqəmsal bacarıqlar" mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 27-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Sahibkarlar üçün rəqəmsal bacarıqlar" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 10 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti sosial media və rəqəmsal reklamın marketinq strategiyasında yeri və sahibkarlara faydaları barədə danışıb, uyğun sosial media platformasının seçilməsi, kontent planlaması və idarə edilməsi, kontentin növləri, sosial mediada reklam kampaniyalarının idarə edilməsi, kampaniyanın gedişatının təhlil edilməsi və optimallaşdırılması, izləyici artımının təmin edilməsi, izləyici və müştərilərlə əlaqələrin qurulması, influenser marketinqi barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...