Xəbərlər
"Satışın idarə olunması və biznesdə rolu" mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 30-da Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Satışın idarə olunması və biznesdə rolu" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 8 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti satışın ümumi biznes strategiyasında oynadığı rol və əhəmiyyəti barədə danışıb, satışın növü və kanalları, satış strategiyalarının qurulması və prosesin idarə edilməsi, satış komandasının idarə edilməsi, müştəriləri davranışlarının analizi, ehtiyacların başa düşülməsi və ona uyğun strategiyaların hazırlanması barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...