Xəbərlər
"Satışın təşkili və satışda qiymət danışıqları" mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 10-da Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Satışın təşkili və satışda qiymət danışıqları" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 7 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti effektiv satış prosesinin qurulması, satış müzakirələrinin uğurla aparılması və qiymət danışıqlarında tətbiq ediləcək strategiyalar barədə danışıb, qiymət danışıqlarının əsas prinsipləri, ilkin qiymət təklifi, alternativ təkliflərin təqdim edilməsi, müqavilə şərtləri ilə bağlı razılığa gəlinməsi və satışın rəsmiləşdirilməsi barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...