Xəbərlər
“Sosial Sahibkarlığın əhatə sahələri və inkişaf perspektivləri” mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Dekabrın 18-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Sosial Sahibkarlığın əhatə sahələri və inkişaf perspektivləri” mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 8 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti sosial sahibkarlığın fəaliyyət göstərdiyi əsas sahələr barədə danışıb, onun cəmiyyətin inkişafında rolu, cari vəziyyəti, inkişaf potensialı və bu sahədə qrantlar, güzəştlər və təşviqlər kimi dövlət dəstək proqramları barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...