Xəbərlər
Sosial sahibkarlığın sahibkarlıq fəaliyyətinə gətirdiyi yeniliklər mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 8-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Sosial sahibkarlığın sahibkarlıq fəaliyyətinə gətirdiyi yeniliklər” mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 14 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti sosial sahibkarlığın ənənəvi sahibkarlıqdan fərqləri, hansı problemləri həll etdiyi barədə danışıb, təklif etdiyi yenilikçi və yaradıcı həllər, sosial sahibkarlığın cəmiyyətin həyatına müsbət təsirləri, bu təsirlərin ölçülməsi və qiymətləndirilməsi yolları barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...