Xəbərlər
Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və Azərbaycanda sosial sahibkarlığa dəstək nümunələri mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 8-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Sosial sahibkarlıq anlayışı, onun mahiyyəti və Azərbaycanda sosial sahibkarlığa dəstək nümunələri” mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 5 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti sosial sahibkarlıq anlayışının ümumi müddəaları, mahiyyəti və məqsədi barədə danışıb, onun tətbiq sahələri, cəmiyyətə müsbət təsirləri və ölkəmizdə sosial sahibkarlıq mühiti, yaradılan imkanlar və dəstək nümunələri barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...