Xəbərlər
"Start-up Bizneslər" mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 30-da Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün "Start-up Bizneslər" mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 19 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti start-up anlayışı və onun ənənəvi biznesdən fərqi, hədəfləri və bazardakı mövqeyi barədə danışıb, bazar araşdırması, rəqabət təhlili və müştəri ehtiyaclarının öyrənilməsi, ardınca start-up ideyasının və buna uyğun biznes modelin seçilməsi, maliyyələşmə üsulları, böyüməsi və uğurlu start-up nümunələri barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...