Xəbərlər
Vergi rejimi, onun növləri, sahibkarlıq subyekti, meyarları və digər anlayışlar mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 6-da Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Vergi rejimi, onun növləri, sahibkarlıq subyekti, meyarları və digər anlayışlar” mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 6 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti vergi rejimlərinin sahibkarlar və dövlət üçün əhəmiyyəti, əsas prinsipləri, hesablanması və ödənilməsi qaydaları barədə danışıb, ümumi və sadələşdirilmiş vergi rejimləri, sahibkarlıq subyektəri üçün rejimlər, onların vergi ödəyicisi kimi hüquq və öhdəlikləri, vergi rejimlərində tələb olunan vergi bəyannamələri və hesabatların hazırlanması və təqdim edilməsi prosedurları barədə geniş məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...