Xəbərlər
“Yaşıl İqtisadiyyat və Məşğulluq” mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 12-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Yaşıl İqtisadiyyat və Məşğulluq” mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 7 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti yaşıl iqtisadiyyatın dayanıqlı iqtisadi tərəqqidə rolu və sosial faydaları barədə danışıb, yaşıl iqtisadiyyatın inkişafı ilə yeni iş yerlərinin açılması, yaranan yeni perspektivlər, yaşıl sahələrdə ən çox tələb olunan peşələr, yaşıl texnologiyalar və start-up-lar barədə geniş məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...