Xəbərlər
“Yaşıl İqtisadiyyata Təşəbbüs” mövzusunda maarifləndirici təlim keçirilib.

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlimlərin təşkili davam edir. Noyabrın 12-də Lənkəran KOBİM tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar və biznesə yeni başlamaq istəyənlər üçün “Yaşıl İqtisadiyyata Təşəbbüs” mövzusunda növbəti maarifləndirici təlim keçirilib. Təlimdə 10 nəfər sahibkar iştirak edib. Lənkəran KOBİM-in peşəkar eksperti iqlim dəyişikliyinin iqtisadiyyata təsirləri və yaşıl iqtisadiyyatın əhəmiyyəti barədə danışıb, günəş, külək enerjisi, hidro və bioenerji kimi bərpa olunan enerji mənbələri, ölkəmizdə bu istiqamətdə aparılan dövlət siyasəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
.jpg)
Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri və biznesə başlamaq ...

Xəbərlər
Kiçik və Orta sahibkarlıqda maliyyə resurslarının cəlbinin yolları mövzusunda maarifləndirici təlim keçirilib.
Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün maarifləndirici təlimlərin ...